“Traktorsazi” adını dəyişib “Traktor Azərbaycan” oldu

Cənubi Azərbaycanın “Traktorsazi” klubu adını dəyişib.


Beynelxalq.İnfo xəbər verir ki, bu barədə klubun rəsmi “facebook” ünvanı məlumat yayıb.

Məlumatda bildirilib ki, klubun adındakı fars sözü olan “sazi” Azərbaycanla əvəz olunub. İran çempionatında çıxış edən Təbriz komandası bundan sonra “Traktor Azərbaycan” adı ilə oyunlara çıxacaq.

Qeyd edək ki, son zamanlar klubun adının dəyişdiriləcəyi barədə müzakirlər gedirdi.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir