Şirməmməd Hüseynovla vida mərasimi BDU-da keçiriləcək – YENİLƏNİB

Sabah, iyunun 25-də Bakı Dövlət Universitetində (BDU) Azərbaycanın görkəmli alimi və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, BDU-nun mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynovla vida mərasimi keçiriləcək.

Bu barədə “Report”a Ş.Hüseynovun nəvəsi Toğrul Əliyev məlumat verib.

Onun sözlərinə görə, mərasim sabah saat 11:00-da başlayacaq və iki saat davam edəcək.

“Şirməmməd Hüseynovun dəfn olunacağı yer barədə hələlik məlumat yoxdur, bununla bağlı dəqiqləşdirilmə aparılır. Dəfn yeri dəqiqləşən kimi ictimaiyyətə məlumat veriləcək”, – deyə T.Əliyev əlavə edib.

*****

Şirməmməd Hüseynov bu gün 19:00 radələrində evində vəfat edib.

Beynelxalq.İnfo xəbər verir ki, mərhumla vida mərasimi sabah saat 13:00-da Təzəpir məscidində keçiriləcək.

Ş.Hüseynovun dəfn ediləcəyi yer hələlik dəqiqləşdirilməyib.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir