Rusiyada sərnişin təyyarəsi qəza enişi edib: Pilotlar ölüb – FOTO + VİDEO

Rusiyada, Buryatiya Respublikasının şimalında  “Anqara” aviaşirkətinə mənsub An-24 sərnişin təyyarəsi  qəza enişi edib. Hadisə zamanı pilotların ikisi də ölüb, daha 7 nəfər xəsarət alıb.

RİA Novosti” bildirir ki,bu barədə Respublika rəhbərinin mətbuat katibi Aleksey Fişev məlumat yayıb.

Onun sözlərinə əsasən, təyyarədəki 42 nəfər böyük və 1 uşaq xilas edilib.

“Təyyarə bu gün səhər saatlarında  Nijneanqarskdan Ulan-Udeyə uçmaq üçün havaya qalxıb.  Bir qədər sonra onun mühərriklərdən birində nasazlıq yaranıb. Heyət hava limanına qayıtmaq qərarına gəlib.

İlkin məlumata görə, təyyarə eniş edərkən, uçuş-enmə xəttindən 100 metr kənara çıxıb və təmizləyici qurğuların binası ilə toqquşub. Nəticədə təyyarə alışıb”, – deyə Fişev bildirib.

 

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir