“Qarabağ”dan qələbə

Yeni mövsümün hazırlıqlarını davam etdirən Ağdamın “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib.

Beynelxalq.İnfo  “APA”ya istinadən  xəbər verir ki,  Azərbaycan çempionu Avstriyadakı toplanış çərçivəsində Rusiyanın “Ufa” klubu ilə qarşılaşıb.

Qurban Qurbanovun yetirmələri 2:1 hesabı ilə qalib gəlib. Ağdamlıların qollarına Abdullah Zubir və Miçel imza atıb. Bu, “Qarabağ”ın Avstriya toplanışında ilk qələbəsi olub.

Qeyd edək ki, “Qarabağ” bunadək “Ludoqorets”ə (Bolqarıstan) 0:2 hesabı ilə məğlub olub, “Universitatya” (Krayova, Rumıniya) ilə qolsuz heç-heçə edib.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir