Əmanət faizləri azaldı: kreditlər niyə bahadır?

Dünyanın hər yerində Mərkəzi Bankın uçot və depozit faizlərinin dərəcəsinə görə kredit faizləri müəyyənləşdirilir. Məsələn, bu gün depozit faizi 10%-dirsə, kredit faizlərinin həcmi maksimum 12-14 faiz civarında olmalıdır. Çünki Mərkəzi Bankın da uçot dərəcəsi 9 faiz civarındadır. Ancaq bizdə depozit faizlərindən asılı olmayaraq, banklar kreditləri yüksək faizlə verir.

Beynelxalq.İnfo xəbər verir ki , bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli depozit faizlərinin 10% civarında olmasına rəğmən, kreditlərin hələ də 20-29 faizlə verilməsinə münasibət bildirərkən deyib. İqtisadçı bildirib ki, bunun əsas səbəbi rəqabətli mühitin az olmasıdır.

Qeyd edək ki, bu gündən illik 10 faizə qədər divident hesablanan əmanətlər dövlət sığortası ilə təmin olunacaq. Əmanət faizlərinin aşağı düşməsinə baxmayaraq, kredit faizlərinin hələ də yüksək olması isə ciddi narahatlıq yaradır.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir