Zaqatalaya qar yağdı

Zaqatalanın yüksək dağlıq ərazilərinə qar yağıb.

Beynelxalq.İnfo xəbər verir ki, son üç gündür ki, respublikanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.

Bölgəyə fasilələrlə qısamüddətli yağış yağır, havanın temperaturu əvvəlki günlərlə müqayisədə +20 ℃ qədər aşağı düşüb. İyunun 30-dan iyulun 1-nə keçən gecə Zaqatalada havanın hərarəti +13 ℃ qədər aşağı düşüb.

İyunun 30-dan iyulun 1-ə keçən gecə Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu ərazisindən keçən hissəsində yüksək dağlıq ərazilərinə qar yağıb. Hazırda rayonda yağmursuz hava şəraiti müşahidə olunsa da, temperatur axşam saatlarında +16 ℃ müşahidə olunur./APA

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir