Ələkbərov ən varlı 59-cu iş adamıdır

Bloomberg.com dünyanın ən varlı iş adamlarının siyahısını yeniləyib.

Beynelxalq.İnfo xəbər verir ki, 500 nəfərin yer aldığı siyahıda Rusiyanın “Lukoyl” neft şirkətinin azərbaycanlı prezidenti Vahid Ələkbərov 59-cu pillədə göstərilir. Onun 17,7 milyard sərvəti var.

1950-ci ildə Bakıda anadan olan Vahid Ələkbərov 1993-cü ildən “Lukoyl”un prezidentidir.

Bloomberg.com-un iyulun 17-də açıqladığı siyahının lideri “Amazon” şirkətinin sahibi Ceff Bezosdur (ABŞ). O, 125 milyard dollarlıq varidata sahibdir.

İkinci pillədə 108 milyard dollarlıq var-dövlətlə “LVMH” şirkətlər qrupunun (Fransa) prezidenti Bernar Arno gəlir.

“Microsoft” şirkətinin rəhbəri Bill Qeyts (ABŞ) 107 milyard dollarlıq varidatla üçüncü yerdə qərarlaşır.

Reytinq cədvəlinin dördüncü pilləsində 83,9 milyard dollarla sərmayəçi Uorren Baffet (ABŞ), beşinci pilləsində 79,5 milyard dollarla “Facebook” sosial şəbəkəsinin banisi Mark Suxerberq (ABŞ) durur./novator.az

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir