“SSRİ vaxtı ukraynalılar daha yaxşı yaşayırdı” – Saakaşvilidən acı etiraf

SSRİ vaxtı Ukraynada insanlar daha yaxşı yaşayırdı.

Beynelxalq.İnfo xəbər verir ki, bu sözləri “112 Ukrayna” telekanalına Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili deyib.

“O vaxtlar belə həyasız məmurlar yox idi, indi o vaxtla müqayisədə qat-qat pisdir. Fikirləşirsiz ki, kommunist dövründə olan xəstəxanalar ilə indikilər arasında hansısa fərq var? Kommunist dövründə onlar daha yaxşı idi, eyni xəstəxanalar xəstələrdən pul alırdı. İndi bizdə elə həmin xəstəxanalardır, lakin daha pis” – Saakaşvili belə deyib.

Saakaşvili Ukraynada SSRİ dövründən qalan küçə adlarının götürülməsinə də qarşı çıxıb. O, dekomunizasiya islahatının beyinlərdə getməli olduğu deyib.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir