II-III qruplar üzrə cəmi 3 abituriyent 700 bal toplaya bilər – Bir neçə gündən sonra

22 iyulda II və III ixtisas qrupları üzrə keçirilən yay qəbul imtahanlarının nəticələri açıqlanacaq.

Beynelxalq.İnfo AzEdu.az-a istinadən həmin imtahanda 700 bal toplamağa namizəd 3 abituriyenti və onların ümumi nəticələrini ( buraxılış və yaz qəbul imtahanındakı) təqdim edir:

Masallı rayonu, 4 saylı  Digah tam orta məktəbinin məzunu Şəhriyar Səmədov – II ixtisas qrupu üzrə 680,3 bal;

Sumqayıt şəhər 22 saylı məktəbinin məzunu Sərxan Həsənov – III ixtisas qrupu üzrə  675,7 bal;

Sumqayıt şəhər Təbiət elmləri təmayüllü Gimnaziyanın məzunu  Jalə Əhmədzadə – II ixtisas qrupu üzrə 641,6 bal.

Xatırladaq ki, II və III ixtisas qrupları üzrə yay qəbul imtahanı 7 iyulda baş tutub.

https://www.facebook.com/beynelxalq.info.xeber/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir