InstagramFacebookYouTube

Azərbaycan TEDx tədbirinə ev sahibliyi edib – FOTOLAR

Azərbaycan Britaniya Kolleci TEDx tədbirinə ev sahibliyi edib. Qeyd edək ki, TED yayılmağa dəyər ideyaları dünyaya yayan Amerika mərkəzli bir təşkilatdır və TEDx tədbirləri yalnız həmin təşkilatdan alınan lisenziya ilə ildə bir dəfə keçirilə bilir. Azərbaycan Britaniya Kollecinin şagirdləri komanda olaraq bu təşkilata müraciət etmiş və lisenziya əldə ediblər. Bununla Azərbaycanda ilk dəfə bir orta məktəbdə TEDx tədbiri keçirilib.

SOCAR-dan verilən məlumata görə, tədbirdə millət vəkilləri, müəllimlər, şagirdlər və ölkəmizin tanınmış simaları çıxış etmişdir. Tədbirin açılışını SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti, məktəbin İdarə Heyətinin sədri Xalik Məmmədov çıxış edərək belə bir tədbirlərin keçirilməsinin təqdirə layiq olduğu qeyd edib. Daha sonra məktəbin direktoru Karl Lander çıxış edərək, məktəb haqqında qısa məlumat verib, tədbirin ərsəyə gəlməsi üçün şagird və müəllim heyətimizə təşəkkürünü bildirib.

Məlumata görə, TEDx səhnəsində millət vəkili Etibar Əliyev, ürək cərrahı, millət vəkili Rəşad Mahmudov, BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli və digər tanınmış simalar, həmçinin məktəbin şagirdləri aktual mövzular haqqında çıxış edərək izləyicilərə ilham mənbəyi olublar.

Pandemiya şəraitini nəzərə alaraq, tədbir zalında auditoriya olmadı və tədbir canlı olaraq məktəbin “Facebook” və “YouTube” kanallarında göstərilib.

Azərbaycan Britaniya Kolleci 2012-ci ildən fəaliyyətə başlamış, hazırda bağça, məktəbəqədər hazırlıq, ibtidai və orta təhsil imkanları yaradan qabaqcıl təhsil müəssisəsi kimi Azərbaycan da daxil olmaqla, 25 müxtəlif ölkədən olan 635 şagird üçün xidmət göstərməkdədir. ABC-də İngiltərə Milli Kurrikulumu 24 əcnəbi və 50 yerli müəllim tərəfindən tədris olunur. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tələbinə uyğun olaraq, əlavə dərslər kimi Azərbaycan dili, ədəbiyyat və tarix fənləri də kurrikuluma daxil edilib. ABC Beynəlxalq Məktəblər Şurası tərəfindən tam akkreditasiya olunmuş yeganə məktəbdir və Britaniya Məktəblər Şurasının üzvüdür.

1617601713109_ibaPBRe9
1617601658554_keKv3gNF
1617601695413_ktG8hzPA
1617601736310_AT2iHXGc
1617601730488_6HXAPXLT
1617601763449_BvWvD4M3
1617601698190_ent2ls9g
1617601734297_UyMPwqgm
1617601761087_0wg3NxyO
1617601713109_ibaPBRe9 1617601658554_keKv3gNF 1617601695413_ktG8hzPA 1617601736310_AT2iHXGc 1617601730488_6HXAPXLT 1617601763449_BvWvD4M3 1617601698190_ent2ls9g 1617601734297_UyMPwqgm 1617601761087_0wg3NxyO

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir