InstagramFacebookYouTube

Türkiyə Azərbaycan qazilərinə protez dəstəyi göstərib – FOTOLAR

Müxtəlif səbəblərə görə əlil olan insanlara ortez-protez dəstəyi verən Beynəlxalq Həkimlər İttifaqı (AID) Dağlıq Qarabağ müharibəsindən sonra əzalarını itirən qaziləri – Azərbaycan vətəndaşlarını Türkiyəyə gətirərək protezləri təhvil verməyə başlayıb.

Türkiyənin Azərbaycandakı səfirliyindən  verilən məlumata görə, Ortez-Protez layihəsini Azərbaycana aparan AID Bakıda üç ölçülü skanerdən istifadə edərək xəstələrin protez ölçmələrini aldıqdan sonra İstanbuldakı mərkəzə göndərib.

3D skanerlə aparılan ölçmələr sayəsində xəstələr ölkəyə gəlmədən protezlər hazırlanıb. Layihə çərçivəsində Türkiyəyə gətirilən ilk protez qaziyə aeroportda taxılıb. Hava limanında protezini alan qazi daha sonra oteldə ayağa qalxaraq yeriməyə başlayıb.

Qazilərin lazımi fiziki müalicə və reabilitasiya prosesləri İstanbulda həyata keçirildikdən sonra Vətənə qayıtmaları təmin ediləcək.

Bu günə qədər bir çox ölkənin vətəndaşlarını ortez-protezlə təmin edən Beynəlxalq Həkimlər İttifaqı (AID) rəsmiləri son həftələrdə qardaş ölkə Azərbaycan üçün müvafiq tədbirlər görərək protez ehtiyaclarını təyin etmək üçün Azərbaycana səfərlər həyata keçiriblər. 

1617692061647_A4KLmhQc
1617692071210_q4MKgozm
1617692071684_8P7xRc8Z
1617692065753_p2A6bYKI
1617692061647_A4KLmhQc 1617692071210_q4MKgozm 1617692071684_8P7xRc8Z 1617692065753_p2A6bYKI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir