InstagramFacebookYouTube

Qəbələdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pandemiyanın yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən nəzarət tədbirləri zamanı aktiv koronavirus xəstəsinin yaşadığı ünvanı tərk etdiyi və digər vətəndaşlarla ünsiyyətdə olduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Corlu kənd sakini Sübhan Mahmudovun COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün evdə müalicə almasına baxmayaraq, həmin şəxs Mirzəbəyli kəndi ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.

S.Mahmudov barəsində Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir