InstagramFacebookYouTube

FİFA 2 federasiyanın fəaliyyətini dayandırıb

FİFA Çad və Pakistan Futbol Federasiyalarının fəaliyyətini dayandırıb.

Bu barədə ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bu cəzalar fərqli səbəblərdən verilib. Çad futbolu ilə bağlı qərar hökumətin federasiyaya və futbola müdaxiləsi ilə əlaqələndirilib. FİFA bu barədə dəlilləri olduğu üçün belə addım atıb.

Pakistan Futbol Federasiyasının cəzalandırılmasının səbəbi isə üçüncü tərəfin quruma müdaxilə etməsidir. Bir müddət əvvəl bir qrup etirazçı tərəfindən federasiyanın binası ələ keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir