InstagramFacebookYouTube

Azərbaycanlı müəllifin internet məkanının hüquqi tənzimlənmələrinə dair kitabı çap olunub

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizovun “İnternet məkanında hüquqi tənzimlənmələr: tarixi nəzəriyyə, komprativizm” adlı kitabı çap olunub.

 Beynelxalq.İnfo xəbər verir ki, kitabda internet məkanında hüquqi yanaşma prinsipləri, ümumilikdə internet məkanının hüquqi aspektləri yer alıb.

Müəllif şəxsi Feysbuk səhifəsində kitab haqqında fikirlərini bölüşüb: “Kitabda internet informasiya məkanında hüquqi tənzimləmənin xüsusiyyətləri nəzərdən keçirilir, əsas diqqət tədqiq edilən problemlərin tarixi-nəzəri və müqayisəli-hüquqi aspektləri üzərində cəmləşdirilir. Sinxron və diaxron təhlilin müqayisəli-hüquqi metodlarının tətbiqi sayəsində müəllif internet-məkanın hüquqi diasinxronizminin yeni elmi konsepsiyasını əsaslandırmaq imkanı əldə edir. Bu konsepsiya çərçivəsində İnternet kiberməkanın diaxron forması kimi çıxış edir: o, eyni zamanda həm “fövqəlmilli” ictimai-sosial hadisə, həm də formalaşması və inkişafı müəyyən dövlət-hüquq sistemi ilə ayrılmaz surətdə bağlı olan milli-mədəni sinxronlaşma amilidir. Monoqrafiyada İnternetin informasiya-texniki rabitə sistemi kimi beynəlmiləlliyi qeyd edilməklə bərabər, bu sahədə hüquqi tənzimləmə vasitələrinin və metodlarının müasir dünyanın əsas hüquq sistemlərinin formalaşması və fəaliyyəti xüsusiyyətlərindən asılı olması açıqlanır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir