InstagramFacebookYouTube

“Türk ulduzları”nın təyyarəsi qəzaya düşdü: Pilot həlak oldu – FOTOLAR

Türkiyənin Konya bölgəsində təyyarə qəzası baş verib.

Türkiyənin Milli Müdafiə Nazirliyi (MN) qəzaya uğrayan təyyarənin “Türk ulduzları” eskadrilyasına məxsus olduğunu bildirib.

“Təlim uçuşu icra edən “Türk ulduzlarına” məxsus NF-5 təyyarəsi saat 14:15 (Bakı vaxtı ilə 15:15) radələrində Konyada qəzaya uğrayıb”, – deyə Türkiyə MN-dən bildirilib.

Qəza Karatay rayonunda yerləşən aviabaza yaxınlığında baş verib.

Hadisə yerinə xilasedicilər cəlb olunub.

İlkin məlumatlarda bir pilotun həlak olduğu bildirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir